“DQR” deputatı: “İrəvan bizimlə əlaqəni tam kəsib, e-mail mesajlarımıza da cavab vermirlər”



Artıq 3 ildir ki, qondarma “DQR”-ın rəsmiləri ilə Ermənistan həmkarları arasında heç bir münasibət yoxdur və “bu, yeni hadisə deyil”.
 
SİAM.AZ xəbər verir ki, Ovqat.com-un məlumatına görə,  bu barədə qondarma “DQR” parlamentinin Ədalət fraksiyasının katibi Metaxe Hakobyan “Novosti Armenii-NEWS.am” saytına açıqlamasında deyib.
 
Hakobyan Ermənistan rəsmilərinin qarabağlı həmkarlarının zənglərinə belə, cavab verməməsi barədə məlumatı şərh edərkən bildirib: “Bir ay əvvəl biz bu sualı “Artsax” Milli Assambleyasında qaldırmışdıq, dövlət naziri dedi ki, onlarla heç bir məsələ müzakirə olunmayıb, heç bir əlaqə yoxdur, bunu xarici işlər nazirinin müavini və Milli Məclisin sədri də təsdiqləyib”.
 
“Deputat”ın iddiasına görə, qondarma “DQR” Milli Assambleyası ilə Ermənistan parlamenti rəhbərləri arasında uzun müddətdir ki, heç bir münasibət yoxdur və “200 günlük blokada” müddətində bu əlaqə ümumiyyətlə mövcud olmayıb: “Alen Simonyan heç olmasa bir dəfə zəng edib işlərin necə getdiyini soruşmağı lazım bilməyib. Parlamentlər arasında ünsiyyət necədirsə, digər dövlət orqanlarında da elədir. Daha çoxunu deyim; keçmiş “xarici işlər naziri” də dedi ki, bəli, ermənistanlı həmkarı onun zənglərinə cavab vermir. O, hətta sonunda e-məktub yazmalı olub, bu məktub da cavabsız qalıb”.
 
Qeyd edək ki, Ermənistanın “Hetq” nəşrinin baş redaktoru Edik Bagdasaryan öz Facebook səhifəsində Ermənistan rəsmilərinin artıq qarabağlı həmkarlarının zənglərinə cavab vermədiyini yazmışdı. Qarabağlı “deputat” bu iddialara münasibət bildirərkən öz fikirlərini səsləndirib.



Tarix: 3-07-2023, 09:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}