Qarabağdakı ermənilərin YENİ ŞOUSU BAŞLAYIR... - Bu gün aksiya olacaq...

Qarabağdakı ermənilərin YENİ ŞOUSU BAŞLAYIR...
İyunun əvvəlində Xankəndində yaradılmış "Laçın dəhlizinin açılması üçün xalq hərəkatı"nın qərargahı "laqeyd olmayan vətəndaşları Dağlıq Qarabağın blokadasının götürülməsi tələbi ilə etiraz aksiyalarına başlamağa çağırıb"

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Kavkazskiy uzel" nəşri məlumat yayıb.

“İyunun 24-də “Laçın dəhlizinin açılması üçün xalq hərəkatı"nın qərargahı bəyan edib ki, Dağlıq Qarabağ parlamenti Rusiya sülhməramlılarından dəhlizi açmağı tələb etməlidir, əgər bunu etməsələr, onda Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin daxil olmasına nail olmaq lazımdır. İyunun 26-da deputatlar fəalları tələblərini qapalı formatda müzakirə etməyə dəvət ediblər. Qərargah üzvləri təklifi rədd edərək bunu müzakirədən imtina kimi qiymətləndirib və görüş təklifi ilə təkbaşına sülhməramlılar komandanlığına müraciət yazmaq qərarına gəliblər. İyunun 30-da məlum olub ki, sülhməramlıların komandanlığı qərargah nümayəndələrini qəbul etməyə razılaşıb",- xəbərdə belə deyilir.

İyulun 4-də təşəbbüs qrupunun nümayəndəsi, bloger David Vanyan səhifəsində mitinqə toplaşmaq üçün müraciət dərc edib.

“Təşəbbüs qrupu belə qənaətə gəlib ki, ilk öncə proseslər nədən gedir, blokadanın əsl səbəbi nədir, blokadanın açılması ilə bağlı nəyə görə heç bir iş görülmür?” suallarına dəqiq cavab tapmaq lazımdır", -deyə D.Vanyan yazıb.

Onun sözlərinə görə, verilən suallara yalnız iki nəfər cavab verə bilər. “Bu, Artsaxın (Dağlıq Qarabağ) prezidenti Arayik Arutyunyan və Rusiya sülhməramlı kontingentinin Artsaxdakı komandiri Aleksandr Lentsovdur. Sabah (bu gün, iyulun 5-i) səhər saatlarında camaatı qərargahın qarşısına çıxıb onlardan cavab tələb etməyə çağırırıq. Hamı birlikdə. Cavabları aldıqdan sonra biz işimizin irəliləməsi üçün hansı addımları atmalı olduğumuzu anlayacağıq”, - deyə D.Vanyan bildirib.

Qondarma “Mənim hüququm” hərəkatının və qanunsuz müxalif "artsax inqilab partiyası"nın rəhbəri Artur Osipyan öz "Facebook" səhifəsində “ictimaiyyəti, parlamenti və ali rəhbərliyi blokadanın aradan qaldırılması üçün birləşməyə və mübarizəyə başlamağa" çağırıb. O bildirib ki, "lazım gələrsə, hamı birlikdə dəhliz boyu hərəkəti açmaq üçün Həkəri çayının körpüsündə yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqəsinə də yürüş etmək olar. O əlavə edib ki, "lakin mütləq sülhməramlıları da özümüzlə aparmalıyıq".

Xatırladaq ki, iyulun 3-də baş separatçı Arayik Arutyunyanın Rusiya diktatoru V.Putinə məktub yazması haqda məlumat yayılıb.
Tarix: 5-07-2023, 09:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}