İçərisində 40 ton un məmulatı olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım Ağdama çatıb.
 
Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir.
 
Qeyd edək ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb: “Bəyanatımızın da fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”.
 
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”, - o, vurğulayıb./Report
Tarix: 29-08-2023, 17:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}