Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

Modern.az-ın məlumatına görə, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.

1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.

 

DövrKişilər üzrə pensiya yaşıQadınlar üzrə pensiya yaşı
1 iyul 2017 – 30 iyun 201863 il 6 ay60 il 6 ay
1 iyul 2018 – 30 iyun 201964 il61 il
1 iyul 2019 – 30 iyun 202064 il 6 ay61 il 6 ay
1 iyul 2020 – 30 iyun 202165 il62 il
1 iyul 2021 – 30 iyun 202265 il62 il 6 ay
1 iyul 2022 – 30 iyun 202365 il63 il
1 iyul 2023 – 30 iyun 202465 il63 il 6 ay
1 iyul 2024 – 30 iyun 202565 il64 il
1 iyul 2025 – 30 iyun 202665 il64 il 6 ay
1 iyul 2026 və sonra65 il65 il