Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib

Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib
Fevralın 21-də Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya
Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər
Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın Azərbaycanda “Talasemiyasız həyat naminə”
proqramı çərçivəsində Talasemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq
məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
rayon prokuroru Əli Qurbanov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və
təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət
nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq
iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan
qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada
240 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya
xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək
və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı
kütləvi surətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə
başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi
olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından
toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf
olunur.
Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan
xəstələrin müalicəsində istifadə olunacaq.


Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib
Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib
Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib

Tarix: 21-02-2024, 22:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}