İsrail ABŞ-dan kömək istədi: Türkiyə və Rusiya...

İsrail ABŞ-dan kömək istədi: Türkiyə və Rusiya... Əsədin müharibədə qələbə qazanmağa başlaması Dəməşqin müttəfiqləri İran və Hizbullahın da irəliləməsinə səbəb olur. ABŞ mütləq öz nüfuzundan istifadə etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.

“Qərb ölkələri, mötədil sünnilər və bir çoxları Əsədin rəğbətini qazanmaq üçün növbəyə dayanıb. Birdən-birə hər kəs Əsədə yaxın olmaq istəyir. ABŞ-ın Suriya və Yaxın Şərq regionunda daha aktiv olmasına ümid edirik. Ruslar, iranlılar, eyni zamanda türklər və Hizbullahla qarşı-qarşıya qalırıq. Bu elə də asan məsələ deyil”, - Liberman bildirib.

Xatırladaq ki, bir qədər əvvəl İran və Hizbullahın Suriya-İsrail sərhədində hərbi baza yaratmayacağı haqqında rəsmi Təl-Əvivin Vaşinqtondan zəmanət istədiyi barədə məlumat yayılmışdı.
Tarix: 4-10-2017, 07:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}