Seçkiyə 10 ay: Nemət Pənahlı və Pənah Hüseyn də prezidentlik istəyir - Adlar

Seçkiyə 10 ay: Nemət Pənahlı və Pənah Hüseyn də prezidentlik istəyir - Adlar Prezident seçkilərinə 10 ay qalır. Artıq namizədlər bir-bir elan olunur

Palitika.Az xəbər verir ki, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı namizədliyi verəcəyini açıqlayıb.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn isə qurultaya hazırlaşdıqlarını bəyan edib. Onun da seçkilərdə namizəd olacağı istisna edilmir.

Habelə, Müsavatın keçmiş başqanı İsa Qəmbər, eks-spiker Rəsul Quliyev, sabiq deputat Hüseyn Abdullayev də namizəd olacaqlarını açıqlayıblar.

Həmçinin, Ağ partiya başqanı Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyev də seçkilərdə prezidentliyə iddialıdırlar.

Qarşıdakı dövrdə REAL sədri İlqar Məmmədov, Milli Şura sədri Cəmil Həsənli və başqaları da seçkilərə qatıla bilər. Belə görünür ki, bu seçkilərdə rəngarənglik və namizədlərin çoxluğu müşahidə ediləcək.

YAP isə namizədini açıqlamayıb. Prezident İlham Əliyevin namizədliyi irəli sürülərsə, altenrativlərinin şansları sıfırın altına düşəcək.
Habelə, Zahid Oruc, Araz Əlizadə və hətta Rəbiyyət Aslanovanın DADP sədri kimi seçkilərdə iştirakı gözlənilir.

Onu da deyək ki, prezidentliyə namizədlər yalnız ayrı-ayrı efirə çıxaraq platformalarını təqdim edəcəklər. Ötən seçkilərdə debatlar təşkil olunurdu.

Prezidentliyə namizədlər canlı efirdə qırğına çıxırdılar, bir-birini ittiham edirdilər, bəzən də hesablanmamış, spontan fikirlər səslənirdi, kursa uyğun olmayan ifadələr işlədilirdi.

Palitika.Az-ın xəbərinə görə, seçkilərin erkən keçirilməsi də mümkündür. Zahid Oruc növbədənkənar seçkinin olmasını və martda keçirilməsini təklif etmişdi.

Ancaq bu təklifə reaksiyalar olmadı. Görünür ki, gündəmə gətirilməsi məqsədəuyğun hesab edilməyib.

Sayca 8-ci dəfə keçiriləcək prezident seçkiləri ictimaiyyət tərəfindən böyük maraqla gözlənilir. Vaxta xeyli qalmasına baxmayaraq, artıq müxalifəti təmsil edən real siyasi təşkilatlar və hakim partiya hazırlıqlara start verib.

YAP namizədini açıqlamasa da seçkilərdə iştirak edəcəyi dəqiqdir. Ənənəvi müxlifətin isə hansı formada seçkilərə qatılacağı naməlumdur. Daxili siyasi qüvvələrlə yanaşı, kənar qüvvələrin də fəallığı hiss olunur.

Yenə də seçkilərə müdaxilə edib hakimiyyətə gəlməyə şansı yüksək olan qüvvələrə təsir etmək istəyən qüvvələrin ünvanları dəyişməzdir: Rusiya və Qərb.

Amma bundan əvvəlki seçkilərdən öncə də bu kimi vəziyyətlər yaranmışdı. Seçkilərdən əvvəl Qərb və Rusiya ilə münasibətləri normal görünən rəsmi Bakı seçkilərin baş tutacağı ərəfələrdə yenidən hər iki cəbhədən edilən hücumlarla üz-üzə qalırdı.

2018-ci il seçkilərində də bu halın yenidən təkrarlanacağı labüddür. Lakin hansı kənar qüvvənin daha fəal olacağı və Azərbaycandakı mövqeyini möhkəmləndirmək üçün hansı vasitəyə əl atacağını indidən demək mümkün deyil. Sürprizlər də istisna edilmir.

Nə Qərb, nə də Rusiya ilə bölüşəcəyimiz prinsipial mövqeyimiz yoxdur. Rusiya və Qərbdən asılacağımız, həmçinin onların bizim yürütdüyümüz siyasəti dəyişəcək arqumentləri yoxdur.

Bizim ən böyük problemimiz, Dağlıq Qarabağ münaqişəsidir. Əsas siyasətimiz də bu problemin həllinə yönəlib. Bunu həm cəmiyyət, həm Qərb, həm də Rusiya bilir.
Tarix: 12-12-2017, 08:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}