BQXK-nın Bakı ofisi olduğu halda vaxtilə İrəvana tabe olan Xankəndi ofisini ləğv etməməsi və Bərdəyə köçürməsi şübhələrə yol açır

BQXK-nın Bakı ofisi olduğu halda vaxtilə İrəvana tabe olan Xankəndi ofisini ləğv etməməsi və Bərdəyə köçürməsi şübhələrə yol açır
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi Bərdəyə köçürülüb: bunu “Qarabağ bölgəsindəki fəaliyyətin yenidən qurulması” ilə izah edirlər;
Halbuki, komitənin “Qarabağ bölgəsindəki fəaliyyətinə” ehtiyac yoxdur:
Birincisi, müharibə bitib, Qarabağda separatizm ləğv olunub və Xankəndidə qalan ermənilərin həyatı Azərbaycan qanunları altında təmin edilir;
İkincisi, komitənin Azərbaycan ərazisində Bakı ofisi fəaliyyət göstərdiyi halda, ikinci ofisinin fəaliyyətinə ehtiyac qalmır;
Üçüncüsü, ehtiyac olmadığı halda, BQXK-nın Xankəndi ofisini Bərdəyə köçürməsi şübhəli suallar yaradır.
Komitənin 44 günlük müharibədən sonra Xankəndidəki ofisinin qeyri-qanuni şəkildə Bakıdakı ofisə yox, İrəvandakı ofisə tabe olduğu məlum idi. Rəsmi Bakının bütün tələblərinə rəğmən, komitə sona qədər bu qanunsuzluqdan imtina etmədi. Bununla yanaşı, Laçın yolunda ekofəalların aksiyasının başlanmasından sonra BQXK-nın erməniləri Qarabağdan “xəstə” adı altında çıxardığı, Laçın sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra isə erməni separatçılarını qaçaqmalçılıq yolla təmin etdiyi faktları var. Hətta qaçaq yolla silah-sursat daşıdıqları və komitə əməkdaşlarının ermənilər üçün casusluq etdiyi də istisna edilmirdi.
Bütün bunların fonunda BQXK-nın Bakı ofisi olduğu halda vaxtilə İrəvana tabe olan Xankəndi ofisini ləğv etməməsi və Bərdəyə köçürməsi şübhələrə yol açır: komitənin Azərbaycan ərazisində saxladığı keçmiş “Xankəndi ofisinin” yenə eyni fəaliyyətlə məşğul olmayacağına, İrəvana məlumatlar ötürməyəcəyinə kimsə zəmanət verə bilməz; bunu BQXK-nın baş ofisi də verə bilməz, 44 günlük müharibədən sonra baş verənlər komitənin fəaliyyətində erməni maraqlarının “qırmızı xətlə” keçdiyini göstərib.
Asif Nerimanli,
Siam.az
Tarix: 10-04-2024, 11:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}