Şəhid adını daşıyan küçənin ACINACAQLI DURUMU... - "Tədbir görmürsünüzsə, küçənin adını DƏYİŞİN..."


Abşeron rayonu, Fatmayi qəsəbəsi, "Sovxoz 2" adlanan ərazidə yaşayan sakinlər dia-az.info-ya müraciət ünvanlayaraq həyat şəraitlərinin çətin olduğunu və yerli icra hakimiyyəinin edilən şikayətləri qulaqardına vurduğunu bildiriblər. Vasitəmizlə aidiyyatı qurumlardan kömək istəyən sakinlər deyir ki, yaşadıqları Şəhid Qafar Əliyev adına olan küçədə bir deyil, iki deyil üzləşdikləri problemlər...

"Tədbir görmürsünüzsə, küçənin adını DƏYİŞİN... Şəhidin adına hörmətsizlik etməyin" deyə etirazlarını ifadə edən sakinlər bildirir ki, ərazidə çirkab suların axıdılması üçün 3-dən artıq kanalizasiya xətti qurulsa da, xətlər sistemə qoşulmadığından kanalizasiya suları həyətlərə dolur. Üstü açıq "lyuk"lar da məhəllənin "göz muncuğu"dur sanki.

Ağzı açıq olan, zibillə dolub-daşan kanalizasiya xətləri hər gün bu yolla hərəkət edən sürücülərin əsl kabusuna çevrilib.

Bundan başqa, yollarda axşam saatlarında işıqların olmaması da ayrı bir dərd... Qaranlıq çökən kimi sahibsiz itlərin məkanına çevrilir buralar. Nəticədə də ac itlər yollardakı sakinləri hədəf alırlar.

Bir sözlə sakinlər mövcud vəziyyətin düzəldilməsi üçün dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Amma nə baxan var, nə maraqlanan.


Şəhid adını daşıyan küçənin ACINACAQLI DURUMU...
Şəhid adını daşıyan küçənin ACINACAQLI DURUMU...
Şəhid adını daşıyan küçənin ACINACAQLI DURUMU...

Tarix: 8-03-2024, 11:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}