Ekspert nazirliyi və AQTA-nı ittiham etdi - "İçki bazarında xaos yaranıb"

Ekspert nazirliyi və AQTA-nı ittiham etdi
“Hər həftə ölkənin ən müxtəlif yerlərindən hətta axşam saatlarında telefonuma zəng vurub saxta içki satışına rast gəldikləri, onun qarşısını almağın yolları barədə suallar verirlər. Axşam zəng vurduqları üçün heç bir dövlət qurumuna xəbər vermək olmur. Alkoqollu içki bazarının bərbad olmasının əsl mənzərəsini dörd il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi açdı və tam olaraq masanın üstünə qoydu. Məlum oldu ki, brend restoranlarda saxta içkilər istehlakçılara ən bahalı içkilər kimi təqdim olunur. Baha qiymətə alınan içkilərin qabları atılmır, onları yenidən doldururlar və satırlar. Bununla həm istehlakçının hüquqları pozulur, həm də ölkədə işki bazarında böyük xaos yaranır”.
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O, Azərbaycanda saxta içkilərin satışıyla bağlı şəbəkənin olduğunu bildirib:
“Adın çəkdiyim dövlət qurumu ən effektli işi gördü və mənzərəni aşkarladı. İllər boyu Azərbaycanda bu məsələ davam edir. Yəni saxta içkilərin bəzən şadlıq evlərinin zirzəmisində olmasıyla bağlı yenə də adını çəkdiyim dövlət qurumu tədqiqatlar aparıb. Lakin buna cavabdeh olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi rasional bir iş görə bilmir. İllər boyu ölkədə saxta aksiz markalar mövcud olub. Ciddi məsələlərdən biri də yararlılıq vaxtı keçmiş içkilərin əhaliyə təqdim olunmasıdır".
Qeyd edək ki, Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sistemi təkmilləşdirilir. Bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Tarix: 8-04-2024, 09:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}