“Canəli Əkbərovun danışığı mənəviyyatının göstəricisidir” - Mənsum İbrahimov

“Canəli Əkbərovun danışığı mənəviyyatının göstəricisidir” - Mənsum İbrahimov “Hər bir şəxsin danışığı, işlətdiyi ifadələr onun mənəviyyatının göstəricisidir.”

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Muğam Müsabiqəsinin münsiflər heyətinin üzvü Mənsum İbrahimov həmkarı Canəli Əkbərovun onun ünvanına işlətdiyi təhqiramiz ifadələrə münasibətində deyib. Onun sözlərinə görə, cəmiyyət kimin necə şəxsiyyət olduğunu yaxşı bilir:


“Biz insanların gözünün qarşısındayıq. Hamı hamını yaxşı tanıyır. Canəli Əkbərovun danışdıqları hamısı nağıl və öz təxəyyülünün məhsuludur. Bununla bağlı heç nə danışmaq istəmirəm. Məsələ bitib. Bu Heydər Əliyev Fondunun layihəsidir. Artıq 5 müsabiqə arxada qalıb. Bu günə kimi Canəli Əkbər bu müsabiqədə iştirak etməyib. Biz münsiflər heyətinin fikrini deyib, qərarını bildirmişik. Hamının qərarı eynidir. Yəni, nə onun şəxsiyyətinə toxunmuşuq, nə də sənəti ilə bağlı hər hansı irad bildirmişik. Həmişə mən ona hörmətlə yanaşmışam, iradım olmayıb. Biz Xalq artistləri münsiflər heyətinin üzvlərini təyin etmirik. Onun hamı haqqında nalyiq danışmasına, təhqir etməsinə gəlincə, düşünürəm ki, yaşlı adamdır və əsəbləri yerində deyil. Ona fikir vermək lazım deyil.”

Xalq artisti məsələnin həllinin hüquq-mühafizə orqanlarında axtarmadığını düşünür: “Bu haqda düşünmürəm.”

Xalq artisti Canəli Əkbərov həmkarı Mənsum İbrahimovu təhqir edib və onu qadın kimi hərəkət etməkdə ittiham edib: "“Mənsumə İbrahimova”... Oxuyanda qadınlar kimi hərəkətlər edir. Görün, mən kimlərin təsirində olmuşam. Muğam ustadları ağayana oturardılar. Bunlara qısqanclıq hardan gəlir?"-deyə "Qafqazinfo"ya müsahibəsində bildirib.
Tarix: 8-02-2017, 10:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}