Xızı RİH başçısı Ramiz Mehdiyevə qarşı- ŞOK

ü


Zulfüqarlı qardaşları Xızı RİH başçısı Xəzər Aslanova güvənir.

Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Zülfüqarlı qardaşları icra başçısına küllü miqdarda rüşvət verdikdən sonra bir neçə qanunsuz işlər görüb. Məlumat üçün bildirək ki, Zülfüqarlı qardaşları qeyri qanuni yolla Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaqları zəbt ediblər. Bunlardan əlavə Altıağac Milli Parkın satın alması və vətəndaşlara məxsus torpaq sahələrini qanunsuz yolla əldə etikləri barədə Baş Prokurorluqa və Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məktub ünvanlanıb. Baş Prokurorluq rəsmi məktubumuza cavab olaraq redaksiyamıza ünvanladığı məktubu olduğu kimi ixtiyarınıza veririk:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatına

Sürəti :Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyatı “Dosye.org” İnformasiya Agentliyinin baş direktoru E. Qənbərova

“Dosye.org” İnformasiya Agentliyinin baş direktoru E. Qənbərovun Respublika Baş Prokurorluğuna daxil olmuş məktubu səlahiyyətinizə aid hissədə baxılması üçün sizə göndərilir.

Nəticəsi barədə qəzet redaksiyasına məlumat verilməsi xahiş olunur.

Əslində qeyd etdiyimiz olaylar birbaşa Xızı bələdiyyəsinin keçmiş sədri hal-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov və hazırkı bələdiyyə sədri Xaliq Qasımov tərəfindən qeydə alınıb. Digər tərəfdən məlum məsələdir ki, adı hallanan hər iki şəxs icra başçısının razılığı əsasında qanuna zidd addımlar atıblar. Xızı RİH başçısı Xəzər Aslanov məlumatlıdır ki, Zülfüqarlı qardaşları PA rəhbəri Ramiz Mehdiyevə qarşı kompaniya aparıb. Hətda qardaşlar digər ölkələrdən R. Mehdiyevin ünvanına mətbuat vasitəsi ilə böhtan atmağdan belə çəkinməyiblər.

Bütün bunlar bir daha sübüt edir ki, hakimiyyət daxilində qara qüvvələr gizli yolla fəaliyyətdədir. Dövlətin ən yüksək vəzifə sahiblərindən birinə qarşı qəbuledilməz fakt qeydə alınıbsa, deməli hədəf və məqsəd aydındır. Məsələ ondadır ki, X. Aslanovun Zülfüqarlı qardaşlarına simpatiyası nə üçün Xızı rayonundan bürüzə verdi? Əlbətdə ki, sualın cavabı coxlu məsələlərə aydınlıq gətirəcək. İnanırıq ki, Xızı bələdiyyəsinin keçmiş sədri hal-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov və hazırkı bələdiyyə sədri Xaliq Qasımovun əməlləri dərindən araşdırılacaq və nəticəsi barədə redaksiyamıza məlumat veriləcək.

Araşdırmalarımız davam edir...

Dosye.org

Tarix: 10-07-2018, 15:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}