“Kreml hesabatı” artıq Rusiyanı vurur - Kudrin

“Kreml hesabatı” artıq Rusiyanı vurur - Kudrin Rusiya şirkətlərinin əksəriyyətinə qarşı “Kreml hesabatı”nın yayımlanmasından sonra Qərbdəki ortaqları tərəfindən əlavə nəzarət tədbirləri gücləndirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib.

“Təəssüf ki, bu bizə təsir edir. Lakin əsas faktor öz təşkilatçılığımız və ölkə daxilindəki qaydalarımızdır. Daxili tədbirlər xarici sanksiyaların nəticələrini kompensasiya etməlidir. Ümid edirəm ki, bu siyahı bizə kəskin şəkildə təsir etməyəcək. Müəyyən təsirlər var, amma ümid edirəm ki, bundan sonra yeni sanksiyalar eskalasiyası olmayacaq”, – deyə o bildirib.
Tarix: 9-02-2018, 14:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}