Bakının seçki qərarının hədəfi - Trofimçuk erməni KİV-ə açıqladı


Azərbaycan Ermənistandakı sistem dəyişikliyindən sonra yaranacaq boşluğun öz əleyhinə dönməməsi üçün 11 aprel seçkisinə gedir.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Mən Azərbaycan müxalifətinin aprel seçkisinə hazır olmayacağı fikirini qəbul etmirəm. Məncə, Azərbaycan müxalifəti seçki ilə bağlı istənilən situasiyaya hazırdır. Prezident seçkisinin zamanının dəyişidirilməsinin əsas səbəbi Azərbaycanın danışıqlar prosesində önəmli irəliləmə görməməsidir. Bakının seçki qərarında başqa heç bir sensasiya və sirr yoxdur.

İkinci səbəb odur ki, hazırda dünyada və regionda situasiya kifayət qədər neqativ formada inkişaf edir. Artıq çoxlu sayda təhlükəli, ağır tendensiyalar müşahidə edilir və Türkiyə də bunlarda birbaşa iştirak edir. Türkiyə PKK ilə savaşır və ekspertlərin fikrincə, bu müharibə uzun müddət davam edəcək. Azərbaycan bu situasiyanı izləyərək, onlardan kənarda qala bilməyəcəyini anlayır. Türkiyə Azərbaycanın müttəfiqidir. Üstəlik, Ankara ilə alyans, tez ya gec, Azərbaycanın bu müharibələrə cəlbinə səbəb ola bilər. Əks halda Azərbaycan müttəfiq yox, tərəfdaş olacaq. Bu isə tamamilə fərqli anlayışlardır. Müttəfiq o deməkdir ki, sən müttəfqin üçün qarşılıqsız şəkildə oda atılmalısın. Bu faktorları nəzərə alan Azərbaycan anlayır ki, onun payızda seçkini keçirməyə zamanı olmayacaq. Ona görə də Azərbaycan seçkini apreldə keçirməklə regional hadisələrə tam hazır olmaq istəyir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan bundan sonra Qarabağın daha bir neçə onilliklər ərzində uzanmasını istəmir:

“Bakı faktiki olaraq Ermənistanın yeni prezidentinin peyda olmasından sonra informasiya situasiyasını öz nəzarətinə alacaq. Ermənistanda yeni idarəetmə sistemi bir ay ərzində formalaşana qədər Azərbaycan informasiya situasiyasını ələ alıb, danışıqlar prosesini nəzarət altında saxlayan bütün strukturlara təzyiqləri aktivləşdirəcək. Azərbaycan birbaşa deyir ki, danışıqlar prosesi özü-özlüyündə sərfəli deyil və Azərbaycan istəmir ki, danışıqlar daha 10 və ya 20 il davam etsin. Ona görə də o, Ermənistanın yeni prezidentinə informasiya və ya hansısa başqa formada təzyiqlər etməyə hazırlaşır. Azərbaycan xüsusilə yeni hökumətin formalaşması zamanı yaşanan keçid dövründən istifadə etməyə çalışacaq ki, bu, danışıqlar prosesini uzatmasın. Bu, əlbəttə, yeganə motiv deyil, amma Azərbaycan üçün çox vacib səbəbdir ki, prezident seçkisinin zamanını dəyişdirib, onun Ermənistandakı hadisələrə uyğunlaşdıra bilsin”.
Tarix: 9-02-2018, 15:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}