Martin Şults Almaniyanın yeni koalisiya hökumətinə daxil olmaqdan imtina edib

Martin Şults Almaniyanın yeni koalisiya hökumətinə daxil olmaqdan imtina edib Almaniya Sosial-Demokratik Partiyasının (ASDP) sədri Martin Şults yeni koalisiya hökumətinə daxil olmaqdan imtina etdiyini bildirib. TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şults öz qərarını partiyada “kadr debatlarını” sona çatdırılmasının vacibliyi ilə izah edib.

“Mən federal hökumətə daxil olmaqdan imtina etdiyimi bildirirəm və eyni zamanda, ümid edirəm ki, ASDP-də kadr debatları sona çatacaq. Biz hamımız siyasəti bu ölkədəki insanlara görə aparırıq. Mənim şəxsi ambisiyalarım partiyanın maraqları ilə ziddiyyət təşkil etməməlidir”, - Şultsun bəyanatında belə deyilir.

Bir qədər əvvəl ASDP sədri yeni koalisiya hökumətində Almaniyanın Xarici İşlər Nazirliyinə başçılıq etmək istədiyini bildirmişdi.

Almaniyada yeni hökumətin apreldə formalaşacağı gözlənilir.
Tarix: 9-02-2018, 21:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}