Putin Rusiya biznesmenləri ilə qapalı görüş keçirdi –ABŞ sanksiyaları müzakirə edildi


Rusiya prezidenti Vladimir Putin ölkə biznesmenləri qarşısında etdiyi çıxışda deyib ki, o, Qərb ölkələrinin Moskva üzərinə sanksiya qoymaqdan “tezliklə” yorulacağına və münasibətlərin yaxşılaşacağına inanır.

Putin fevralın 9-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının bağlı qapılar arxasında keçirilən toplantısında çıxış edirdi.

O deyib: “Düşünürəm ki, bunu edənlər tezliklə özləri bundan yorulacaqlar və…ümid edirəm ki, biz normal münasibətlər cığırına çıxacağıq”.

Putin bu bəyanatları onun qələbəsinə şübhə olmayan prezident seçkisinə bir ay qalmış verib. O, bu seçkidə seçici iştirakının yüksək olmasına çalışır. Bundan əvvəl Rusiyada yayılan xəbərlərdə ölkə elitasının Qərbin sanksiyalarından narahatlıq keçirdiyinə dair yazılar dərc olunurdu. Bu sanksiyalar nəhayət Rusiyanın hiss edəcəyi həddə çatıb.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və başqa ölkələr Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Moskvanın üzərinə sanksiyalar qoyub. Bir sıra Qərb ölkələri və ABŞ Rusiyanın üzərinə yeni sanksiyaları habelə bu ölkədə insan haqlarının ağır vəziyyəti ilə bağlı qoyublar.

Yanvarın 30-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın 114 siyasi fiqurundan və Putinə yaxınlıqlarından faydalanaraq varlanmış 96 “oliqarxdan” ibarət sanksiya siyahısını elan edib. Bu siyahıdakılara dərhal sanksiyalar tətbiq olunmayıb, amma maliyyə naziri Steven Mnuchin onların tezliklə tətbiq olunacağını deyib. Putin ABŞ-ın yeni sanksiyalar siyasətini “dost olmayan” hərəkət adlandırıb və deyib ki, bu hadisə onsuz da ağır olan münasibətləri daha da pisləşdirəcək. (Amerikanın Səsi)
Tarix: 9-02-2018, 21:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}