Şimali Koreya "radioaktiv sunami" yarada bilən dronu sınaqdan keçirdi


Martın 21-dən 23-dək Şimali Koreya nüvə yükü daşıya bilən və partlayışdan sonra güclü radioaktiv sunami yaradan yeni sualtı dronu sınaqdan keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Koreya səsi” radiosu məlumat yayıb.
“Bu gizli silah nüvə sualtı hücum dronudur. Onun missiyası gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə super güclü radioaktiv sunami yaratmaqdır”, – məlumatda deyilir.
Qeyd olunub ki, martın 21-də sualtı dron KXDR-in şərq sahilindəki Xamqyon Namdo əyalətindəki təlim zonasına göndərilib. Belə ki, 59 saat su altında qalan dron 80-150 m dərinlikdə hərəkət edib.
Məlumata görə, sınaqlara şəxsən KXDR lideri Kim Çen In nəzarət edib.
Tarix: 24-03-2023, 10:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}