İş adamı Tovuz Olimpiya İdman Kompleksi məhkəməyə verdi - DETALLAR

İş adamı Tovuz Olimpiya İdman Kompleksi məhkəməyə verdi
Tovuz Olimpiya İdman Kompleksi məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı vətəndaş Vəliyev Elşad Mahmud oğlu Gəncə Kommeriya Məhkəməsinə müraciət edib.

Belə ki, E.Vəliyev alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə məhkəməyə tələb irəli sürüb.

İddia hakim Gülnaz Quliyevanın icraatına verilib.

Məhkəmənin vaxtı aprelin 12-ə təyin edilib.

Qeyd edək ki, E.Vəliyev Ağstafa rayonunda sahibkarlıqla məşğul olur.
Tarix: 27-03-2024, 12:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}