Üç alpinistin axtarışı nazirliklərlə ictimaiyyəti bir-birinə qatdı - korrupsiya skandalı

Üç alpinistin axtarışı nazirliklərlə ictimaiyyəti bir-birinə qatdı - korrupsiya skandalı
Üç alpinistin itkin düşməsi və axtarışları dövlət qurumlarını, medianı, könüllüləri bir-birinə vurub

Palitika.Az xəbər verir ki, axtarışların nəticəsiz qalması Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tənqidlər yağdırmaqdadır.

Eyni zamanda Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” televiziyasında “Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı süjetə sərt münasibət bildirib.

TRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, hər xırda səhv insanları narahat edə, incidə bilər. Ona görə də informasiyanı dəqiqləşdirib vermək daha doğru olardı.

Ümumiyyətlə, xəbərlərdə, televizyalarda yersiz pafosdan, hay-küydən qaçmaq lazımdır. Xəbərlər nə qədər ciddi və dəqiq təqdim olunsa, o qədər effektiv olar”.

Könüllülər bildirir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları axtarış yerində gecələmək üçün müvafiq ləvazimatlarla təchiz olunmadığından, onlar hər axşam Xınalıq kəndinə qayıdıb, səhər tezdən isə yenidən axtarış yerinə qayıdırlar. Bu isə kifayət qədər vaxt itkisinə yol açır.

Uçqun baş vermiş ərazidəki qar örtüyü bellərlə qazılır. Ərazinin böyüklüyünü nəzərə alsaq, bu kifayət qədər qeyri - effektiv metoddur. Üstəlik, axtarışların uzadılması əlavə xərclərə və korrupsiya şübhələrinə yol açır.

Alpinistlərin axtarışları ilə bağlı meydana çıxan məqamlar, könüllülərin FHN-i faş eləməsi bu qurumun reputasiyasını yerdən yerə vurmuş oldu.

Könüllülər təklifləri edirlər ki, ANAMAnın minaaxtaran detektorlarının əvəzinə MF 9700 QUINARY tipli (yaxud bənzəri) detektorlardan istifadə edilməlidir.

Axtarışa müəyyən sayda təlim görmüş əsgər və zabit heyəti, xüsusi təyinatlılar, 10 – 15 axtarış iti cəlb edilməlidir.

Palitika.Az xəbər verir ki, axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqları gətirilməlidir.

Amma FHN ən primitiv ehtiyac və tələbatları da təmin etməyib. Axtarışların uzun çəkməsi müəyyən korrupsiya elementləri də yarada bilər. Könüllülər şübhələnirlər ki, axtarışlara gedən xərclərdə yeyinti var.

FHN və digər qurumlara Dövlət büdcəsindən, yəni bizim cibimizdən külli miqdarda pul ayrılır ki, bədbəxt hadisələr baş verdikdə təcili fəsadları aradan qaldırsınlar. Mikrorayonda ev yandı külə döndü, 14 ya 15 nəfər həlak oldu, dənizçilər batdılar bu gün də hələ çoxlarının cəsədləri tapılmayıb, 10 gündən artıqdır ki, 3 gənc itkin düşüb hələ də yerləri müəyyən olunmayıb.

Əgər dənizçilərin cəsədlərini ləpələr bizə qaytaracaq, alpinistləri isə qar əriyəndən sonra tapacağıqsa onda bu qurumlar bizə nəyə gərəkdir və nə üçün cibimizdən milyonları onları saxlamaq üçün ayırırlar?!

Quba rayonunda itkin düşən hər üç alpinistin qanunvericiliklə nəzərdə tutulmuş fərdi anket vərəqələri, şəxsi sənədləri özlərində olub.

Bu barədə idmançıları Quba rayonundan Tufandağ istiqamətinə “QAZ 66” yük maşınında aparan sürücü, Xınalıq kənd sakini Rasim Aslanov deyib.

“Məndən xahiş etdilər ki, onları Şahyaylaq ərazisinə aparım. Onları aparmaq istəmirdim, lakin sonda qərarımı dəyişdim.

Xınalıq kəndindən Şahyaylağa təxminən 15-16 km yoldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ qoruğu ərazisində yerləşir.

Kənddən Şahyaylağa getmək üçün ETSN və DSX postunu keçib, onları həmin yerdə düşürdüm.

Mən qanunvericilik çərçivəsində hərəkət etmişəm, onlar da əraziyə yollananda lazımi bütün sənədlər özlərində olub”, - deyə sürücü bildirib

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Eyni zamanda, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olublar.

Qarşılıqlı fəaliyyət çərçivəsində ölkəmizə gələn xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.
Tarix: 7-01-2018, 23:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}