Suriyada dəhşətli neft savaşı başladı - ABŞ İran əsgərini vurdu


Türkiyənin əməliyyatlar keçirdiyi ərazidən 60 km aralıda böyük neft və qaz ehtiyatlarını qoruyan üst səviyyəli ABŞ komandirləri ilə rejim və İran hərbçiləri arasında şiddətli toqquşmalar olub.

Suriyanın Deyrizor bölgəsində zəngin neft yataqları ələ keçirmək üçün PKK ilə rejim qüvvələri arasındakı qarşıdurma yaşanıb. Rejimə bağlı hərbi qüvvələr 7 fevral gecə yarısından etibarən İran dəstəkli hərbi qüvvələrin də iştirak etdiyi 500 nəfərin buraya doğru irəliləməsinin ardından PKK raket zərbələri ilə onların qarşısını almağa çalışıb. Hökümət tərəfdarlarına endirilən zərbələrdən sonra tərəflər arasında gərgin qarşıdurma yaranıb.

ABŞ-da qurulan koalisiya təyyarələri qarşıdurmaya müdaxilə etmək üçün 3 saat faziləsiz raket zərbələri endirib və 100-dən çox rejimə bağlı hərbi qüvvələr və İran dəstəkli hərbiçilər öldürülüb. Öldürülənlərdən Albay rütbəsində olan 3 rus əsgərinin də olduğu və rus tankerləri və zirehli personal daşıyıcılarının Fərat çayından qarşı tərəfə keçib neft yataqları ələ keçirmək üçün irəliləyən əsgərlərlə birgə hərəkət etdiyi də iddia edilib.



Bölgənin Suriyada ən zəngin neft yataqlarına sahib olduğuna diqqət çəkən Deyrizor fəllarından olan Mahmud Əbu Firas qarşıdurmaya səbəb Cafran, İsbak və Tabiya neft və təbii qaz yataqlarına ələ keçirmə uğrunda mübarizəsi olaraq xarakterizə edib. Rejim mövqelərindən 40-dan çox İran dəstəkli hərbiçilərin öldürüldüyü məlumatını verən Əbu Firas hadisənin yaşandığı bölgədə İŞİD qüvvələrinin olmadığını da bildirib. Əbu Firas vurulan nöqtələrdə bəzi rus əsgərlərinin yaralandığını qeyd edib.





ABŞ-ın planları…

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyanı bölüşdürməyi planlaşdırdığını söyləyib. O, “Amerikalılar ölkənin bölünməsini istəyir. Suriyanın feili olaraq bölünməsi üçün planları var, bunu bilirik ” – deyə bildirib.

Pentaqon terroristləri müdafiə etdi.

Pentaqondan hücumla əlaqədar verilən açıqlamada əvvəlcə rejim tərəfindən ağır silahlarla PKK-ya hücum edildiyi və buna qarşı “müdafiə hüququndan” istifadə edildiyini qeyd edib. Spiker Dana White Suriya rejiminin əsgər, tank, top və çox lüləli raket sistemləri ilə hücum etdiyini və zərbələrin “qərargahının” 500 metr yaxınlığına düşdüyünü açıqlayıb. White ABŞ liderliyindəki koalisiya qüvvələrinin “müdafiə haqqı” çərçivəsində rejim qüvvələrinə qarşı hava hücumu təşkil etdiyini bildirib.



Rusiya Müdafiə Nazirliyi rəsmiləri ABŞ-ın Deyrizorda rejim qüvvələrini bombalaması ilə bağlı olaraq “Suriyadakı məqsədləri İŞİD-lə döyüşmək deyil, ölkənin iqtisadi varlıqlarını; neft və qaz yataqlarını ələ keçirməkdir”- deyə açıqlama verib.

A24.az
Tarix: 9-02-2018, 15:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}