Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin nəzərinə - VİDEO

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin nəzərinə - VİDEO


 
İşğaldan azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların arzusu reallaşa bilər. Bununla bağlı müraciətlərə baxılması nəzərdə tutulur.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun aidiyyəti üzrə baxıla bilər.
Mövzu ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev hesab edir ki, vətəndaşları da bərpa quruculuq işlərinə cəlb etməklə Qarabağa qayıdışı və bölgənin inkişafını daha da sürətləndirmək olar.
Millət vəkili deyir ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə yalnız müasir şəhərsalma qaydalarına uyğun evlər inşa edə biləcəklər. Bu, büdcə vəsaitinə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki hazırda bölgədə bütün layihələr demək olar ki, dövlət hesabına icra olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Tarix: 7-03-2024, 10:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}