Məşhur şirkətin rəhbəri Əmək Müfəttişliyindən narazıdır - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Məşhur şirkətin rəhbəri Əmək Müfəttişliyindən narazıdır
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə "Pepsi Bottlers Azerbaijan" şirkətinin icraçı direktoru Gündüz Haqverdiyev arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb dövlət xidmətinin iki maddə ilə Gündüz Haqverdiyevə cərimə yazmasıdır.

Məlumat üçün deyək ki, o, İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddələri ilə cərimələnib. 192.6-cı maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır. Bu maddəyə əsasən, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

192.4-cü maddə isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Gündüz Haqverdiyev qərarla razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Zamiq Bağırov iş üzrə hakim təyin edilib.

Gündüz Haqverdiyev "Pepsi Bottlers Azerbaijan" şirkətinin icraçı direktoru vəzifəsinə ötən ilin sentyabrında təyin edilib. O, 2022-ci ilin iyulundan "Mars Overseas Baku LTD" MMC-nin baş maliyyə inzibatçısıdır.

"Mars Overseas Baku LTD" MMC 1998-ci ildə təsis edilib. Şirkət "Pepsi”, "Mountain Dew”, "Miranda”, "7up” kimi qazlı sular, "Jalə”, "Sandra”, "Ya”, "Natura”, "Frukovy Sad”, "Zolotoy Sad” kimi meyvə şirələri, "I’m Tea” və "Lipton” kimi soyuq çay, "Aqua” və "Jalə” mineral suları istehsal edir.

Tarix: 7-03-2024, 22:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}