Xədicə İsmayılova ifadə verməkdən imtina edib

Xədicə İsmayılova ifadə verməkdən imtina edib
Martın 14-də “Toplum” TV-nin baş redaktoru Xədicə İsmayılova ifadə vermək üçün getdiyi Bakı Şəhər Polis İdarəsində 3 saata yaxın vaxt keçirib.
Oradan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, onu müstəntiq Əlibala Hacıyev dindirib.
“Dindirmə zamanı prosedur məsələlərlə bağlı mübahisə etdik. Ona görə də hər şey bir qədər uzandı", - İsmayılova bildirib. O deyib ki, ifadə verməkdən imtina edib.
“Çünki Azərbaycan Konstitusiyasının 66-cı maddəsi (heç kim özünə qarşı ifadə verməyə məcbur edilə bilməz) və Cinayət- Prosessual Məcəlləsinin 227-ci maddəsi mənə bu hüququ verir. Sonradan ifadədən əleyhimə istifadə olunmayacağına əmin deyiləm. İstintaq orqanının qərəzliliyini hiss edərək öz konstitusiya hüququmdan istifadə etdim", - İsmayılova deyib.
O qeyd edib ki, təkrar çağırılmasının mümkünlüyü barədə heç nə deməyiblər.
Turan.az
Tarix: 15-03-2024, 11:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}