Yevlaxda xəstəxana yanır...- FOTO

Yevlaxda xəstəxana yanır...- FOTO Yevlax Rayon Mərkəzi xəstəxanasında yanğın baş verib.

Moderator.az xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Məlumata görə, Xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.

Hadisə yerinə ətraf rayonlardan da Təcili Tibbi Yardım qrupları cəlb olunub.
Tarix: 27-07-2017, 16:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}