III Respublika Platformasının spikeri barəsində cinayət işi açıldı


III Respublika Platformasının spikeri Akif Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova KİV-ə açıqlamasında bildirib.
Vəkil bildirib ki, Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb:
“Akif Qurbanovun dediyinə görə, öz evindən şəxsi sənədlər, III Respublika Platformasının ofisindən isə güya 30 min avro götürülüb. O, bildirib ki, ofisdə o pul olmayıb. Pul nə ona, nə də təşkilata aid deyil”.
Tarix: 7-03-2024, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}