Pulu qəbul edir, amma karta yükləmir - Ödəniş terminallarındakı problemin SƏBƏBİ NƏDİR? -AÇIQLAMA

Pulu qəbul edir, amma karta yükləmir -
Son zamanlar ölkə ərazisində ödəniş terminallarında müxtəlif problemlər yaşanır. Vətəndaşlardan bununla bağlı şikayətlər daxil olur. Ödəniş terminalları hansı hallarda işləməyə bilər?
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib.
Ekspert problemin yaranma səbəblərinə aydınlıq gətirib:

"İlk olaraq ödəniş terminallarının kompüter avadanlığı sıradan çıxa bilər. Əgər UPS nəzərdə tutulmayıbsa, elektrik təchizatı dayandıqda vəya UPS nəzərdə tutulubsa, uzun müddətli, yəni UPS-in enerji saxlama müddətindən artıq elektrik olmadığı halda, qəfil sönən terminallarda kompüter korlana bilər.
2. Terminalın şəbəkə ilə əlaqəsinin itməsi:
3. Terminalın kağız əskinaz qəbul edən skanerinin xarab olması:
4. Yeni növ əskinazı terminalın tanımaması, gec tanıdılması:
5. Əskinaz üzərində olan tanınma nişanlarının pozulması:
6. Əskinazın yararsız olması:
7. Terminalın proqram təminatında nasazlıq:
8. Terminalın proqram təminatının yenilənmə işləri ilə bağlı olaraq, problemlər və fasilələr yarana bilər.

Təbii ki, bütün terminal işlədən şirkətlər fasilələri minimallaşdırmaq üçün çalışmalıdır. Ona görə ki, bu onların biznesidir. Kim daha yaxşı xidmət tədqim edərsə, bazarda o daha çox böyümə imkanı əldə edə bilər".

B. Əliyev ödəniş etdikdən sonra çek götürməyi tövsiyyə edib:

"Bəzi hallarda ödəmə ilə bağlı problemlər yaşanıla bilər. Ödəniş etdikdən sonra çek götürmək tövsiyyə olunur. Çekin mövcudluğu problem yarandığı halda, problemin həllinə yardımçı vasitə olacaqdır. Eyni zamanda terminal pul qəbul etdiyi halda bu ekranda görsənmirsə, terminaldan uzaqlaşmadan, onun üzərində olan qaynar xətt ilə mütləq əlaqə saxlamaq və hadisənin dəqiq saatını və dəqiqəsini qeyd etmək lazımdır. Ödəmələrdə olan gecikmələrə səbəb isə müxtəlif ola bilər. Bu həm terminalın proqram təminatında olan yenilənmələr, həm də terminalın vasitəçilik etdiyi digər tərəfin sistem və proqram təminati ilə bağlı ola bilər. Belə hallarda digər şirkətlərə aid terminallarda ödənişə cəhd edərək, vəziyyəti aydınlaşdırmaq mümkündür".
Tarix: 7-03-2024, 17:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}