"Qarabağ"ın rəqibi məlum oldu - Çempionlar Liqasında

"Qarabağ"ın rəqibi məlum oldu - Çempionlar Liqasında Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Siam.az-ın apasport.az-a istinadən məlumatına görə, ikinci oyun günündə 10 qarşılaşma baş tutacaq.

İki matçda ümumilikdə 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan çempionumuz "Qarabağ”ın rəqibi müəyyənləşib.

Albaniyada keçirilən "Kukesi” – "Şerif” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Tarix: 20-07-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}