Azərbaycanda 2,5 milyonluq broyler şirkəti ləğv olundu


Azərbaycanda 2,5 milyonluq broyler şirkəti ləğv olundu
“Səba” ASC-nin təsisçi olduğu broyler şirkəti ləğv olundu.

Siam.az “Ölkə.Az”a istinadən xəbər verir ki, “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunub.

Şirkətin kreditorları iki ay ərzində tələblərini “Səba” ASC-nin inzibati binasının yerləşdiyi Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, ev 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC 05.04.2011 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əliyev Yusif Mahmud oğludur. Şirkətin nizamnamə kapitalı 2,5 mln manat, hüquqi ünvanı Şabran şəhəri, Dəmir yolunun alt tərəfidir.
Tarix: 21-02-2024, 10:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}