Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkətə yazılan inzibati protokola bu tarixdə baxılacaq


"Sun tea çay fabriki" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, baxış iclası Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə aprelin 2-də keçiriləcək.
 
Xatırlatma: Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
Qeyd: MMC tanınmış iş adamı Abdulbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.
Tarix: 27-03-2024, 13:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}