Ermənilər eyforiyadan ayılırlar... - ŞƏRH

Ermənilər eyforiyadan ayılırlar...
“Qarabağ məsələsinə görə çox təəssüflənirəm, mən sülh tərəfdarıyam”.

DİA.AZ bildirir ki, bunu Ermənistanın Baş prokurorunun keçmiş müavini, sabiq hərbi prokuror general Qagik Cangiryan deyib.
“İndi fərqli nəsil yetişib. Onların ataları, babaları döyüşüb, bu gün də nəvələr döyüşür. Qonşularımızla münaqişənin əsrlər boyu davam etməsini istəyirsiniz? Bir yerdə dayanmaq lazımdır. Qonşularla barışmağın vaxtıdır”, – Cangiryan bildirib.

DİA.AZ-ın məlumatına görə, Qagik Cangiryanın sözlərini “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bilidirib ki, belə açıqlamaların əsas səbəbi ermənilərin onilliklər boyu davam edən eyforiyadan artıq ayılmalarıdır:

“Onlar artıq anlamağa başlayıblar ki, indiyə qədər Ermənistanın Azərbaycan torpaqlarındakı işğalçı separatizmi bacarıq və qabiliyyətlərinin üstünlüyü ilə bağlı deyil. 2020-ci ilə qədər Azərbaycan torpaqlarını işğalda saxlaya bilmələrinə səbəb erməni himayədarlarının verdikləri dəstəklər idi. Son 3-4 ildəki vəziyyətə baxdıqda artıq aydın olur ki, ermənilər üçün bu mərhələnin sonu gəlib çatıb”.

Politoloq Rusiyanın himayəsinin də artıq rəsmi İrəvana fayda vermədiyini vurğulayıb:

“Kreml Ermənistana əvvəlki qədər önəm vermir. Ermənistanla Rusiya münasibətləri kəskin şəkildə pisləşib. Digər tərəfdən Azərbaycan Ermənistanla müqayisə belə olunmayacaq səviyyədə güclənib. Ermənistanın güc və inkişaf nöqteyi-nəzərdən yaxın illərdə Azərbaycana yaxınlaşması ümumiyyətlə mümkün deyil. Belə vəziyyətdə ermənilər tədricən yuxudan ayılırlar. Onlar çox böyük təhlükə qarşısında olduqlarını aydın şəkildə görməyə başlayıblar. Artıq erməni xalqı yaxşı başa düşür ki, Azərbaycanla qarşıdurma ölkələrinin xəritədən silinməsi ilə nəticələnə bilər. Son zamanlar erməni cəmiyyətində bu tipli açıqlamaların artdığını görürük. Rəsmi İrəvanda sözü keçərli siyasətçilər, politoloqlar, ictimai xadimlər artıq ermənilərin döyüş ritorikasından uzaqlaşmasının vacibliyini vurğulayırlar”.
Tarix: 28-10-2023, 19:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}