İcra başçısı antiterror əməliyyatlarında şəhid olan Rəşad Vəlizadənin 40 mərasimində iştirak edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-
mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin ailə 
üzvləri ilə birlikdə sentyabr ayının 19-da lokal antiterror əməliyyatlarında 
şəhid olmuş rayonun Evoğlu  kəndindən olan  1999-cu il təvəllüdlü 
müddətdən artıq hərbi xidmət edən  hərbi qulluqçu Vəlizadə Rəşad Elşən 
oğlunun məzarını ziyarət edib, xatirəsinə hörmət və ehtiram əlaməti olaraq 
məzarı önünə gül dəstələri qoyublar. 

Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov 
şəhidlərin ruhuna dua oxuyub.
Sonra  rayon rəhbəri şəhidin 40 mərasimində iştirak edib. Mərasimdə 
torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin 
ruhuna dualar oxunub, xatirələri yad edilib.
İcra başçısı şəhidin aliəsinə başsağlığı verərək, ona Ulu Tanrıdan rəhmət 
diləyib, Vətən uğrunda canından keçməyi bacaran Rəşad kimi  vətənpərvər 
oğul böyütdükləri üçün onlara minnətdarlığını bildirib.
Qeyd olunub ki, sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan 
Ordusu cəmisi 23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur 
etdi, işğal altında olan torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və 
hakimiyyətinin 20-ci ildönümündə-oktyabrın 15-də  Ali Baş Komandan  
cənab İlham Əliyev Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə 
Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi. 
Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu 
oldu. Eldən gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz 
tezliklə öz sağlamlıqlarına qovuşsunlar! Xalqımız tarix yazan  Ali Baş 
Komandanımız cənab İlham Əliyevlə  və onun hakimiyyəti dövründə 
yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı işğaldan azad 
edən gənclərimizlə fəxr edir. 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 30-10-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}