"Bu boyda böyük işləri korlamaq olmaz" - ETİRAZ


"3 gün əvvəl Füzulidə oldum. Yeni salınan binalar gözəldir, məktəb də əladır, əhali də yeni evlərindən məmnundur. Amma Füzulidə salınan yeni binaların həyətində bir dənə həkim, tibb bacısı, aptek və diş ağrısı üçün dərman tapmadıq". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış hərbi ekspert Ədalət Verdiyev ifadə edib.

Ekspert daha sonra qeyd edib: "Əhali və fəhlələr də həkimlərin olmadığını dedilər. Füzulidəki rəhbərlər bunu mütləq diqqətə almalıdır. Əhali köçübsə, tibb xidməti və təcili yardım mütləq təşkil edilməlidir.

Füzuliyə qayıdacaq sakinlər arasında 1-2 həkim və tibb bacısını seçib növbəti qayıdış zamanı əraziyə göndərmək çətin iş deyil. Bunu Laçında etmişdiniz.

Xırda çatışmazlıqlar ilə bu boyda böyük işləri korlamaq olmaz".

Məsələ il bağlı Siam.az olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
Tarix: 6-11-2023, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}