Tanınmış həkimdən TƏBİB rəhbərliyinə sərt sözlər: Xalqın qanını içirsiz! – VİDEO


Tanınmış həkim Aydın Əliyev TƏBİB rəhbərliyinə sərt sözlər ünvanlayıb. AFN.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabından video paylaşaraq dövlət xəstəxanalarında lazım olan analizlərin aparılmadığını bildirib.
A.Əliyevin sözlərinə görə, xəstələrdən biri Respublika Endokrinoloji Mərkəzə müraciət edərək insulinəbənzər boy faktoru analizi vermək istəyib. Lakin orda ona reaktivlərin qurtardığı bildirilib: “Xəstəni yönəldiblər 6 saylı uşaq xəstəxanasına, ordan isə 7 saylı uşaq xəstəxanasına yönləndiriblər. 7 saylıda da xəstəyə deyiblər ki, reaktivlər qurtardığı üçün bu analizi apara bilmirlər. Vətəndaş məcbur olub özəl xəstəxanada analiz verib. Mən bunu üstüörtülü yazdım, TƏBİB-in əməkdaşı məndən fakt istədi. Guya siz bu problemlərin olduğunu bilmirsiz? Bundan qat-qat artıq problemlər var, sadəcə, özünüzü təmizə çıxarmağa çalışırsız”.
 
A.Əliyev son günlər səhiyyə sahəsində baş verən problemləri də xatırladıb, qeyd edib ki, gündə yüzlərlə belə hallar baş verir, sadəcə insanlar ictimailəşdirmirlər: “Mənə yazıblar ki, həkimə yaraşdırmıram. Nəyi yaraşdırmırsız? Xalqın qanını içirsiniz! Millətin başına oyun açırsız, mən də bunu işıqlandırıram. Həkimə yaraşdırdığınız nədir? Xalqın qanını içmək? İnsanları aldatmağımı? Rüşvətxorluğumu?”



Tarix: 4-02-2024, 11:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}