Abituriyentlərin nəzərinə: İmtahanların vaxtı dəyişdi

 Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.
Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcəkdir.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.
Tarix: 21-02-2019, 13:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}