Binəqədi sakinlərinin illərdir həll olunmayan problemi - VİDEO

Binəqədi sakinlərinin illərdir həll olunmayan problemi - VİDEO
Binəqədi rayonu, Süleyman Sani Axundov 191 ünvanında partlayan su borusu məhəllədə gölməçə yaradıb.

Sakinlərin sözlərinə görə, ərazidən keçən su borusu istismar müddəti bitdiyi üçün partlayıb, nəticədə acınacaqlı vəziyyət yaranıb.

“30 ildir biz bu bəladan qurtula bilmirik. Ayda 1-2 dəfə gəlib yalandan taxta vururlar, gedirlər. Zirzəmimiz suyun içindədir, evdə qışın günü ağcaqanadın əlindən tərpənə bilmirik. Belə müsibət olmaz”, - sakinlər narazılıqlarını bildiriblər.

Problemlə bağlı “Azərsu” ASC-dən qeyd edilib ki, Binəqədi Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib: “Həmin ərazidə 200 millimetr diametrlik daşıyıcı xətdə qəza var. Artıq material sifariş verilib, təmir-bərpa işləri aparılacaq”.


Tarix: 16-03-2024, 16:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}