Ən çox pozulan işçilərin hüquqlarından biri də - Əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi

Ən çox pozulan işçilərin hüquqlarından biri də -
Bu barədə yazmaq belə istəmirəm. Ancaq əmək münasibətlərində elə hallara rast gəlirik ki, əslində bütün işəgötürənlərə və işçilərə məlum olan, Əmək Məcəlləsi ilə təsbit olunan maddi hüquq normalarını bəzi işəgötürənlərə xatırlatmaq məcburiyyətində qalırıq. Bu sahədə ən çox pozulan işçilərin hüquqlarından biri də - Əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və aşağıda göstərilən digər hüquq pozuntularıdır. Əmək Məcəlləsinə əsasən:
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi Əmək Məcəlləsinı əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3.Əmək müqaviləsi 2 nüsxədən azolmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
4. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
5. Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə əməl etmək -hər işəgötürənin əsas vəzifələrindən biridir.
Azər Quliyev.
TEREF
Tarix: 17-03-2024, 23:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}