Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib - FOTO


 Bərdə rayonunda tüğyan edən güclü külək dağıntılar yaradıb. "Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun bir necə kəndində fərdi yaşayış evlərinin, habelə şəhərin Nizami kücəsində yerləşən hündür mərtəbəli yaşayış binasının dam örtüyünü külək uçurub. 

Bir neçə dəqiqə davam edən güclü külək elektrik təsərrüfatına da ciddi ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb. Avtomobillərə ziyan dəyib, iri gövdəli ağaclar və ağacların budaqları küləyin təsirindən qırılıb. Nəticədə minik avtomobillərinə ziyan dəyib.

Bərdə Rayon Mənzil İstismar İdarəsindən bildirilib ki, dağıntılar ilə bağlı araşdırma aparılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq. 

Tarix: 22-03-2018, 08:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}