Azərbaycan idmançıları erməniləri geridə qoydu

Azərbaycan idmançıları erməniləri geridə qoydu Bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub.

AzNews.az-ın məlumatına görə, Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının 6-cı turunda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb.

Millimiz rəqibi 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb. Arkadi Naydiç erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.

Teymur Rəcəbov Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə Qrant Melkumyanı məğlub edib. Azərbaycan yığması 6 turdan sonra 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.
Tarix: 4-11-2017, 09:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}