Qarabağdakı ermənilər tərk-silah olur?

 


Qarabağdakı ermənilər tərk-silah olur.
Musavat.com xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Həmin məlumata əsasən, qondarma Dağlıq Qarabağ bölgəsinin separatçı rejimi "müdafiə ordusu"nun ağır texnikasını Rusiya sülhməramlı kontingentinə təhvil verəcək.
Qeyd edək ki, Azərbaycanın tələbləri sırasında Qarabağdakı erməni silahlılarının tərk-silah olması da vardı. Bu tələb 10 noyabr 2020-ci ildə imzalanmış "Üçlü Bəyanat"ın 4-cü bəndində də öz əksini tapıb.
Erməni silahlılarının bu addımı atmasının əsas səbəbi Azərbaycan dövlətinin qərarlılığı və antiterror əməliyyatının başlama ehtimalının yüksək olmasıdır.
Tarix: 16-09-2023, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}