Qanunsuz separatçı rejim "polis"i Xankəndində- "gücləndirilmiş iş rejimi"ndə...-FOTO

Qanunsuz separatçı rejim
"İnşallah, üçrəngli bayrağımız dalğalanan Xankəndi küçələrində asayişin Azərbaycan polisləri tərəfindən təmin edildiyi günü də görəcəyik..." 
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də keçirdiyi qısamüddətli lokal antiterror əməliyyatı nəticəsində 33-cü ildir Rusiyanın himayəsində bəslənən separatçı-terrorçu hayk rejimi güclü zərbələr alıb. Lakin hələ də onların murdar ayağı torpaqlarımızdan, o cümlədən Xankəndindən tam kəsilməyib.
 
Moderator.az xəbər verir ki, cinayətkar, işğalçı rejimin qanunsuz "polis"i Xankəndinin "mərkəzi və ətraf küçələrində gücləndirilmiş iş rejimi həyata keçirir".
 
"Əziz həmvətənlər! Yaradılmış vəziyyəti nəzərə alaraq, daxili işlər nazirliyinin polis əməkdaşları əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Stepanakert şəhərinin mərkəzi və ətraf küçələrində gücləndirilmiş xidmət tədbirləri həyata keçirirlər. 
 
Sizi çaxnaşma yaradan çağırışlara əhəmiyyət verməməyə və sayıq olmağa çağırırıq", - qondarma "daxili işlər nazirliyi"nin müraciətində belə deyilir.
 
P.S. İnşallah, üçrəngli bayrağımız dalğalanan Xankəndi küçələrində asayişin Azərbaycan polisləri tərəfindən təmin edildiyi günü də görəcəyik... 
Tarix: 21-09-2023, 08:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}