Azərbaycan ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa... - "İkinci Qarabağ müharibəsi də belə başlamışdı"

Azərbaycan ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa...
"Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində atışma qeydə alınırdı. Halbuki, Paşinyan Brüsselə yolla düşməmişdən əvvəl müdafiə nazirini sakit durmağı xəbərdar etməli idi".

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə əgər belə bir xəbərdarlığa rəğmən, ordu Azərbaycan ərazisini atəşə tutubsa, demək Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var:

"İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər? Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər".
Tarix: 6-04-2024, 14:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}