ƏHMƏD ORUC SÜKUTU POZDU: "NÖVBƏTİ SEÇKİDƏ YENİ BÖYÜK KOALİSİYA TƏKLİF EDİLƏRSƏ... !"

ƏHMƏD ORUC SÜKUTU POZDU: "NÖVBƏTİ SEÇKİDƏ YENİ BÖYÜK KOALİSİYA TƏKLİF EDİLƏRSƏ... !"
"Azərbaycanda 2018-ci ildə baş tutacaq prezident seçkilərində iştirak etmək haqda dəqiq qərarımız yoxdur"

Bunu "Sherg.az”a gələn il keçiriləcək prezident seçkilərində iştirak məsələsindən danışarkən Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O vurğulayıb ki, partiyada bununla bağlı dəfələrlə müzakirələr keçirilib:


Deyim ki, iştirak etməmək də özünü təcriddir. Ona görə, partiyanın daxilində iştirak etməyin tərəfdarları da var. Amma yekun qərarımız yoxdur”.

Partiyanın seçkilərdə iştirak etməyəcəyi təqdirdə kimi dəstəkləyəcəyinə gəlincə isə partiya sədri bəyan edib ki, Azadlıq Partiyasının təmsil olunduğu Milli Demokratik Düşərgənin vahid namizədlə çıxış etməsi haqqında qərar qəbul edilərsə, partiyamız onu dəstəkləyəcək:

"Bu prosesə qatılıb, ən azı ictimai fikrə təsir edə biləcəyimizi düşünsək, seçkilərə qatıla bilərik. Lakin hazırkı şəraitdə əksəriyyət boykotun tərəfindədir. Ona görə, Milli Demokratik Düşərgənin də namizədlə çıxış edib-etməyəcəyini bilmirəm. Yenə qeyd edirəm ki, qəti mövqeyimiz yoxdur”.

Seçkiöncəsi müxalif düşərgənin dəfələrlə seçkiyə koalisiya yaradaraq qatıldığını söyləyən Ə.Oruc diqqətə çatdırıb ki, bu dəfə də daha böyük koalisiya yaradılması təklif olunarsa, bunu dəyərləndirə bilərlər:

"Hazırda qeyd etdiyim kimi beş partiya – Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azərbaycan Demokrat Partiyası və Böyük Azərbaycan Partiyası koalisiya şəklində fəaliyyət göstərir. Ancaq seçkilərdə iştirak edib-etməməklə bağlı tərəddüdlərimiz davam edir. Yeni böyük koalisiya təklif edilərsə, baxışlar, prinsiplər uyğun olduğu halda niyə də əməkdaşlıq edilməsin”.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayının 17-sində keçiriləcək seçkilər Azərbaycan Respublikasının Prezidenti postuna keçirilməsi nəzərdə tutulan VIII rəsmi ümummilli seçkidir.

Aysel Aslan
Tarix: 15-12-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}