Yenə zeytunluq, yenə “vosmoy bazarı”… FOTO

Yenə zeytunluq,  yenə “vosmoy bazarı”… FOTO Paytaxtın 8-ci kilometr qəsəbəsinin bir qrup sakini yaşadıqları ərazidə ağacların kütləvi qırılmasından şikayətçi olduğunu bildirib. Əməkdaşımız deyilən məkanda olub, nə baş verdiyini aydınlatmağa çalışıb.

“Vosmoy bazarı” kimi tanınan bazara bitişik, əsasən zeytun və küknar ağaclarından ibarət yaşıllığın ekskavator vasitəsi ilə kökündən çıxarılmasını kameranın yaddaşına da köçürə bilib.


Ərazidə yaşayan sakinlərdən biri həmin ağacları 41 il əvvəl şəxsən özünün əkdiyini bildirib. Əsasən qiymətli bitki sayılan zeytun ağaclarından ibarət yaşıllığın kim tərəfindən məhv edilməsi bilinməsə də orada işləyən ekskavatorun dövlət nömrə nişanının 90 T 880 olduğu aydın bilinirdi. Həm də sakinlərin dediyinə görə işlər əsasən gecələr görülür, ağaclar məhv edildikdən sonra üstü torpaqla basdırılır ki, sanki orada heç ağac olmayıb.


Sakinlər həmçinin, məsələ ilə bağlı bütün aidiyyatı qurumlara 200 nəfərdən artıq adamın imzası ilə müraciət göndərdiklərini də bildirib.

Təbii Sərvətlər və Ekologiyiya Nazirliyinin qaynar xəttinə edilən zəngə isə cavab verən olmayıb.Yenə zeytunluq,  yenə “vosmoy bazarı”… FOTO
Yenə zeytunluq,  yenə “vosmoy bazarı”… FOTO
Yenə zeytunluq,  yenə “vosmoy bazarı”… FOTO
Yenə zeytunluq,  yenə “vosmoy bazarı”… FOTO
Yenə zeytunluq,  yenə “vosmoy bazarı”… FOTO
Tarix: 25-01-2017, 08:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}