Hüquq müdafiəçisindən açıqlama: “Oğlumun Almaniyada guya siyasi sığınacaq alması…”

Hüquq müdafiəçisindən açıqlama: “Oğlumun Almaniyada guya siyasi sığınacaq alması…” Hüquq müdafiəçisi Mehriban Zeynalova oğlu Xalid Zeynalovun Almaniyada siyasi sığınacaq alması barədə yayılan xəbərə aydınlıq gətirib.

Cebhe.info-ya açıqlamasında Mehriban Zeynalova yayılan məlumatın həqiqət olmadığını bildirib:

“Qızım Gülarə Quliyeva İngiltərədə təhsil alıb və 2010-cu ildə bu ölkənin vətəndaşı ilə ailə qurub. Həmin vaxtdan etibarən daimi olaraq İngiltərədə yaşayır və Birmengen Universitetinin doktorudur. Oğlum Xalid Zeynalov peşəkar fotoqrafdır. Dünyanın müxtəlif ölkələrində sərgilərdə iştirak edib. Hazırda da bu sahədə ixtisasını artırmaq üçün Almaniyadadır. Hər iki övladım ailəlidir, qərarlarını müstəqil verir və bütün fəaliyyətləri boyunca Azərbaycan dövlətçiliyinə xidmət ediblər.

Özümə gəlincə, Azərbaycanda qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsindəki fəaliyyətim medianın da dəstəyi nəticəsində ictimaiyyətə bəllidir. Bu baxımdan məni nədəsə ittiham etmək və ya nüfuzdan salmağa xidmət edəcək informasiyaların yayılmasını qərəz kimi qiymətləndirirəm. Övladlarım da özüm kimi heç bir siyasi fəaliyyətlə məşğul deyil.

Oğlumun Almaniyada siyası sığınacaq alması barədə yalan informasiyanın nəyə xidmət etdiyini bilmirəm. Əgər bu yalan informasiya məni DİN-də Fond rəhbəri kimi tutduğum vəzifədən azad etdirməyə hesablanıbsa, kadrlar barədə qərarların yalan məlumatlara əsasən verilmədiyini bu xəbəri yayanların və ya sifariş verənlərin diqqətinə çatdırıram”.
Tarix: 25-01-2017, 15:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}