Keçmiş deputat:“Bir cəmiyyətdə ki, psixoloq intihara əl atır...”

Keçmiş deputat:“Bir cəmiyyətdə ki, psixoloq intihara əl atır...” “Dəyanət Rzayevin intiharı bir daha göstərdi ki, cəmiyyətdə maariflənmə işi lazımı səviyyədə deyil”.

Bu sözləri ANV.az-a danışan Milli Məclisin sabiq deputatı Lalə Abbasova psixoterapevt Dəyanət Rzayevin intihar etməsindən danışarkən belə deyib.


Onun sözlərinə görə, tanınmış psixoloqun intiharı ciddi həyəcan siqnalıdır:

“Bir cəmiyyətdə ki, insanları intihardan yayındırmağa çalışan, depressiyada olan insanlara psixoloji yardım göstərən şəxsin özü intihara əl atırsa, bu çox pis örnəkdir. Hesab edirəm ki, son hadisə televiziyaların efir siyasəti ilə bağlı müzakirələri də gündəmə gətirib. Ictimai rəyi formalaşdırmalı olan telekanalların efir siyasətinə yenidən baxması, psixoloji təzyiq aşılayan verilişlərdən imtina etməsi artıq zamanın tələbidir”.
Tarix: 26-01-2017, 13:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}