Nazirlik Xəzərdəki hadisə barədə: "Vulkan püskürməsidir"


Nazirlik Xəzərdəki hadisə barədə: "Vulkan püskürməsidir"
“Partlayışa səbəb vulkan püskürməsidir”
 
Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
 
AYNA xəbər verir ki, mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Xəzər dənizində güclü partlayış olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Partlayış zamanı dəniz sahilində olan şəxslər həmin anın foto və videolarını çəkiblər. Hadisə şahidlərinin bildiridiklərinə görə, partlayış kifayət qədər güclü olub və dalğası sahildə hiss olunub.
 
“Xəzərdə baş verən partlayışın SOCAR-ın birbaşa nəzarətində olan obyektlərlə əlaqəsi yoxdur”. Bu açıqlamanı isə SOCAR-ın Mətbuat Xidmətinin rəhbəri İbrahim Əhmədov verib. O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:  “Hazırda işlər normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız vulkan püskürməsidir”.
Tarix: 4-07-2021, 23:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}