Didərgin salınmışlara sosial yardım

Didərgin salınmışlara sosial yardım Yaxud, daxildəkiləri bədbəxt edənlərin xaricdəkilərə “qayğı”sı

“Odlar diyarı” olan Azərbaycan xeyli vaxtdır ki, od vurulmuş diyara çevrilib. Ölkədə hər gün tənəzzül qol-budaq açır, səfalət meydan sulayır. Ölkə vətəndaşları problemlər məngənəsində sıxılır, intihar yeganə çıxış yolu kimi görünür. Belə bir vəziyyətdə hökumətimiz “islahat” və “anti- böhran tədbirləri” nəğməsi oxuyaraq, ruhumuzu qidalandırır.


Vətəndaş quyunun dibinə batdıqca, hökumət qayğıdan, humanizmdən, uzaqgörən siyasətdən dəm vurur. Hətta “qayğı”nın dozası o həddə çatıb ki, xaricdə yaşayan azərbaycanlılara da yardım etmək qərarına gəliblər. Bəli, ölkə başçısının fərmanına əsasən xa­ric­də ya­şa­yan az­tə­mi­nat­lı azər­bay­can­lı­la­ra so­si­al yar­dım gös­tə­rə­cək ye­ga­nə or­qan ola­raq Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si mü­əy­yən­ləş­di­ri­lib. So­si­al yar­dı­mın gös­tə­ril­mə­si qay­da­sı isə Na­zir­lər Ka­bi­ne­ti tə­rə­fin­dən mü­əy­yən edi­lə­cək.


Adam məm qəşş edib gülmək, həm də qışqırıb ağlamaq istəyir. Guya, daxildəkiləri təmin ediblər, xaricdəkilərə də əl uzadırlar.

Məsələ burasındadır ki, bu adamlarö lkədən sosial vəziyyətin ağırlığı səbəbindən qaçıblar. Hökumətdən ümidləri kəsilib, dolana bilməyiblər, iş tapmayıblar, hüquqları tapdanıb və ölkədən didərgin düşüblər. İndi ölkədən didərgin saldıqları adamlara yardım edəcəklərini bəyan edirlər. Ölkə daxilində aztəminatlı ailələrə verilən sosial yardımın 6 ayının rüşvət kimi alanlar, ölkə xaricindəkilərə hansı şərtlərlə yardım göstərəcəklər?

2.5 milyon vətəndaşı kredit bataqlığından çıxara bilmirlər, 13500 şəhid ailəsinin “qan pulu”nu ödəmirlər, 17000 tələbə təhsil haqqının ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub, müəyyən edilmiş minimum əməkhaqqı ilə 10 gün yaşamaq mümkün deyil, hər gün yaşamaqdan bezmiş adamların intihar xəbəri eşidilir və hökumət xarcidə yaşayan soydaşlarımıza yardım göstərəcəyini bildirir. Minlərlə ailə ölkəni tərk etməyin yollarını axtarır, Avropanın hər yerində azərbaycanlı mühacirləri görmək olur. Belə humanist və qayğıkeş hökumətimiz varsa, niyə bu adamlar ölkədən qaçıb?

Ümumiyyətlə, əvvəlcə didərgin salıb, sonra qayğı göstərməyin anlamı nədir? Ölkə daxilindəki vətəndaşın sosial vəziyyətini pisləşdirənlər, ölkə xaricindəkilərə necə yardım edə bilər? Hər gün qiymətlər bahalaşır, işsizlik səviyyəsi artır, maaşlar isə yerində sayır. Ölkədə sosial vəziyyəti cəhənnəmə çevirib, ölkə xaricindəkilərin sosial vəziyyətini yaxşılaşdrımaq arzusu da analoqsuzluq silsiləsindəndir.

Birdə ki, ölkədən mühacirət edənlərin aldıqları “qaçqın pulu”, ölkədə verilən miniumum əməkhaqqından 5 dəfə çoxdur. Deməli, bu nəticəyə gəlmək olar ki, yeni fərman da pul yumağın yeni mərhələsi olacaq. Uzun illər daxildəkilərə qayğı adıyla yeyiblər, bundan sonra da xarcidəkilərə qayğı adıyla yeyəcəklər.

Ən gülməlisi isə budur ki, xarcidə yaşayan soydaşlarımız ölkədəki yaxınlarının sosial vəziyyətini düzəltmək üçün mütəmadi pul göndərirlər. Xeyli aillər var ki, xaricdən gələn vəsait hesabına dolanır. Bəziləri isə yaxınlarını da xaricdə yaşamağa, ölkədən çıxmağa dəvət edir. Çünki, insana qayğını, vətəndaşa hörməti yalnız qərib ölkələrdə görüblər.

Ona görə də “balama dəymə, balanı istəmirəm” arzusu meydana çıxır. Yəni, daxildəkinin cibinə girmə, xarcidəkinə qayğın özündə qalsın. Balaca uşaq da başa düşür ki, “qayğı” anlayışı bizim hökumətin xarakterinə yaddır. Belə gülməli məsələləri gündəmə gətirməyə ehtiyac yoxdur.

P.S Gecikən pensiyaları, maaşları vermək yadınızdan çıxmasın.

İlham
Tarix: 13-01-2017, 21:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}