""5 rayon" məsələsini Ermənistan və Rusiya ortaya atıb, bizsə bu tələyə düşmüşük..."

""5 rayon" məsələsini Ermənistan və Rusiya ortaya atıb, bizsə bu tələyə düşmüşük..." Politoloq Şahin Cəfərli hesab edir ki, Ermənistanın havadarı Rusiya növbəti dəfə Azərbaycana qarşı məkrli oyun oynayıb, biz də cəmiyyət olaraq "strateji müttəfiqimiz"in bu tələsinə asanlıqla düşmüşük:

"Mətbuatımız, şərhçilərimiz, ümumilikdə hər kəs "5 rayon" söhbətini yığışdırmalıdır.
Bu söhbət o qədər hallanır ki, bir azdan hamımız münaqişənin bu 5 rayonun üstündə olduğuna inanıb, həmin rayonlar qaytarılanda bayram edəcəyik.
Bu münaqişə Dağlıq Qarabağ münaqişəsidir. DQ ətrafındakı rayonların hamısı geri verilməlidir. Hazırda sülh danışıqlarının təməlini təşkil edən Madrid prinsipləri və həmsədr ölkə prezidentlərinin birgə bəyanatlarında da (baxmayaraq ki, orada bizim əleyhimizə təhlükəli müddəalar var) DQ ətrafındakı bütün rayonların Azərbaycana qaytarılmasından söhbət gedir.
"5 rayon" məsələsini Ermənistan və Rusiya ortaya atıb. Biz isə anlamadan və mahiyyətinə varmadan bu tələyə düşmüşük".
Siam.az
Tarix: 10-11-2017, 09:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}