TEHRAN-BAKI ƏLAQƏLƏRİ:Siyasi təzyiqdən hərtərəfli əməkdaşlığa qədər - TƏHLİL

TEHRAN-BAKI ƏLAQƏLƏRİ:Siyasi təzyiqdən hərtərəfli əməkdaşlığa qədər - TƏHLİL Meysəm Bizaer

“Al-Monitor” (ABŞ)



Sovet İttifaqının dağılması Qafqaz respublikalarının, o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşmasına gətirib çıxardı. Bu dövlətlər müstəqil olduğundan, Qafqazı strateji bir bölgə kimi qiymətləndirən İran, onlarla dostluq münasibətləri yaratdı. İndi Ermənistanla "çox yaxşı əlaqələr" və Gürcüstanla "balanslı münasibətlər" mövcuddur. Azərbaycanla bağlı ikitərəfli münasibətlər, ilk növbədə, Bakının İsraillə əlaqələri ilə bağlı siyasi təzyiqlərlə davam etdirilirdi. Ancaq son illərdə Tehran və Bakı, İranın digər iki Qafqaz dövləti arasındakı münasibətlərdən daha geniş əlaqələri inkişaf etdirməyə başlayıb.


Qafqaz Tədqiqatları İnstitutunun böyük elmi işçisi Cəfər Xaşe “Al-Monitor”-a bildirib: "Azərbaycan müstəqillik qazandıqdan bəri İran İslam Respublikası həm siyasi, həm də iqtisadi sahələrdə əlaqələri dəstəkləyir. Bununla belə, onların münasibətində bəzi maneələr yaranıb və bu, geniş əməkdaşlığa mane olur. Bakının İran-Rusiya oxuna göstərdiyi diqqəti İran tərəfi təqdir edir və nəhayət ki, Tehran-Bakı qarşılıqlı əlaqələrində irəliləyiş var".

2013-cü ildə Həsən Ruhaninin İran prezidenti seçilməsindən sonra Azərbaycanla münasibətlər xeyli güclənib, çünki Ruhani administrasiyası xüsusilə qonşu ölkələrlə əlaqələrə xüsusi diqqət yetirir. “Al-Monitor”a danışan sabiq İran səfiri (2012-2016) Möhsün Pakayin deyib: "İki ölkə bu günə qədər 103 sənəd, o cümlədən neft, qaz, neft kimyası və müxtəlif sahələrdə 30 iqtisadi saziş imzalayıb. Hazırda ölkələrimiz arasında ticarət mübadiləsinin dəyəri 500 milyon dollar təşkil edir ki, bu da gələn il artacaq".

İki ölkə arasında bir neçə iri layihə, o cümlədən Azərbaycanda hər il 10 min avtomobil istehsal edən zavodun tikintisi də davam etdirilir. Önümüzdəki aylarda İran Astarası və Azərbaycan Astarasını birləşdirən əsas dəmir yolunun işə salınması gözlənilir. Bununla yanaşı, Rəşt və Azərbaycan Astarası arasında başqa bir dəmir yolu inşa edilir. Bakı bu layihəyə 100 milyon dollar sərmayə yatırmağa hazır olduğunu bildirir.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olan dəmir yolu layihələri hər iki tərəf tərəfindən sıx surətdə həyata keçirilir. İran rəsmisi Məsud Kərbərian Azərbaycana səfər zamanı xəbər verib ki, dəmir yolu sistemi Azərbaycanı 14 cənub, şərq və qərb qonşuları, həmçinin Fars körfəzi ilə Cənub-Şərqi Asiyası ilə birləşdirəcək".

İki qonşu avtobus istehsal müəssisəsinin inşası və Azərbaycanda tibb mərkəzlərinin yaradılması daxil olmaqla, yeni əməkdaşlıq haqqında danışıqlara başlayıb. Bundan əlavə, İran qonşusuna əkinçiliyi modernləşdirmək üçün maşınlarla təmin etməyə hazır olduğunu bildirib. Bundan əlavə, qarşılıqlı ticarət dövriyyələrində iki ölkənin valyutasından istifadə ediləcəyi qərarı var.

Rəsmi məlumatlara görə, İran və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2016-cı ildə 70% artıb. 2017-ci ilin ilk doqquz ayında, keçən ilin müvafiq dövrü ilə müqayisədə, bu göstərici 30% artıb. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın sonlarında baş verən artımı məmnunluqla qarşılayıb. Tehrana rəsmi səfərindən 27 gün əvvəl o deyib: "Bu, iki ölkə arasında əldə olun bütün müqavilələrin səmərəsini göstərir".

İki ölkə arasında əməkdaşlıq ticarətlə məhdudlaşmır. Oktyabrda Bakıda İran və Azərbaycan hərbi əlaqələrinin təşviq edilməsi məqsədilə müdafiə sahəsində əməkdaşlığa dair ilk görüş keçirilib. Hər iki ölkənin rəsmiləri əlaqələri daha da genişləndirmək üçün siyasi iradəni vurğulayıblar.

"İki ölkə arasındakı iqtisadi münasibətlər, siyasi əlaqələri kimi, hər gün genişlənir və İran yaxın gələcəkdə Azərbaycan Respublikasının ən böyük ticarət tərəfdaşı ola bilər", – Pakayin “Al-Monitor”a müsahibəsində deyib.

Bunun üçün Tehran və Bakı arasında birgə iqtisadi komissiyalar beş il müddətində bərpa olunub və 2013-cü ildə Ruhani seçkilərindən sonra illik iclaslar iqtisadi layihələri sürətləndirir. Üstəlik, prezidentlər səviyyəsində 10 rəsmi görüş, o cümlədən qarşılıqlı səfərlər baş tutub.

Ruhani və Əliyev arasında son görüş noyabrda keçirilib. Tehranda keçirilən üçlü zirvədə rus vəzifədaşı Vladimir Putini də vardı. Həmin gün birgə mətbuat konfransında Ruhani İranın əlaqələri genişləndirməyi davam etdirəcəyini təsdiqləyib.

"Xüsusilə qonşu ölkələrlə, dünya ilə qarşılıqlı əlaqə Tehranın əsas strategiyasıdır. Biz Moskva ilə Bakı arasında hər cür əlaqələrin genişləndirilməsinə gətirib çıxaran bütün vasitələri dəstəkləyirik”.

Pakayin hesab edir ki, Tehran ilə Bakı arasında əməkdaşlıq bir çox sahələrə genişləndirilə bilər. "İki qonşu Xəzər dənizinə birgə sərmayə qoymağa başlaya bilər. İran və Azərbaycan bəndlər və elektrik stansiyalarının tikintisi, texniki və mühəndislik xidmətləri mübadiləsi sahəsində əməkdaşlıq edə bilərlər.

Xəzər dənizi dünyanın ən böyük gölüdür . Son illərdə ticarət və iqtisadi əlaqələrin inkişafı regional və çoxtərəfli əməkdaşlığa təsir göstərib. Əlbəttə, qarşılıqlı [ikitərəfli] və regional səviyyədə əlaqələrin davamı daha çox inam yaratmağa gətirib çıxaracaq və onların bir-birinə yaxınlaşmasına səbəb olacaq".

İranın 9,2 milyard dollarlıq idxal bazarında Azərbaycanın payı hələ də əhəmiyyətsizdir. 2016-cı ildə Azərbaycana 359 milyon dollar mal ixrac edib, bu da Azərbaycan idxalının 4 faizini təşkil edir. Amma gələcək illərdə iki ölkə ticarət dövriyyəsini daha da genişlənəcək.



Tərcümə: Strateq.az
Tarix: 10-11-2017, 22:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}