“Rabitəbank”dan şikayət: “Belə xidmət göstərirlər?”-FOTO


Vətəndaş Mahir Mirzəyev “Rabitəbank”ın yarıtmaz xidmətindən gileylənib.
Tribunainfo.az yazır ki, şikayətçinin sözlərinə görə, bankın müştəri xidmətləri belə edilən müraciətlərlə maraqlanmır:
““Rabitabank”a bəlkə 5-ci dəfədir sayt üzərindən Kartmane kredit kartı üçün sifariş yazıram. Həmçinin operatora da zəng etmişəm. Heç bir halda maraqlanmırlar. Operator da ən qısa müddətdə mənimlə əlaqə saxlanılacağını deyir və heç kim də maraqlanmır. Belə xidmət göstərirsiz?”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Tarix: 15-04-2024, 22:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}